Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Azad ruhlar” adlı növbəti tədbir-sərgi açılıb.
Muzeydən bildirilib ki, tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Hüseyn Qasımovun, baş çavuş Kamil Şixmuradovun, əsgər Orxan Teymurlunun, kiçik çavuş Murad Xəlillinin, əsgərlər Əhməd Mollaçiyevin, İmam Əliyevin və Elvin Məlikməmmədovun əziz xatirələri yad edilib.
Sərgidə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyinin səyi ilə toplanaraq, muzey fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlər nümayiş olunur.
Tədbirdə şəhid ailələri, Heydər Əliyev adına hərbi institutun, 5 nömrəli Texniki Peşə məktəbinin tələbələri, “Gənc Könüllü” Gənclərin İnkişaf və Karyera Mərkəzinin və UNEC-in könüllüləri, digər qonaqlar iştirak ediblər.
Sərgi bir həftə davam edəcək.
Ə.DOSTƏLİ
XQ