Naxçıvanın ilk müstəqil teatrı olan “Yeni Era” Uşaq və Gənclər teatrı artıq üçüncü tamaşasını teatrsevərlərə təqdim edib. Bu barədə teatrın direktoru prezident mükafatçısı Səyyad Məmmədov məlumat verib. O qeyd edib ki,29 oktyabrda göstərilən “HALLOWEEN”interaktiv şou tamaşası uşaqların və valideyinlərin böyük marağına səbəb olub.
3 seans olmaqla ümumilikdə tamaşanı 1200-dən artıq insan izləyib.
Tamaşada Anaya sevgi,ailə bağlılığı ön plana çəkilir. Əsərdə Ana övladları Tinki, Sofi və Loliyə dostluğu,birliyi və düşdükləri çətin vəziyyətdən çıxış yollarını, sona kimi mübarizə aparmağı öyrədir. Tamaşanın yaddaqalan obrazları - 3 ifritə simvolik sehirli balqabağı oğurlayıb uşaqların halloween baryamını qeyd etməsinin qarşısını almaq istəyir. Buna baxmayaraq, həm uşaqların, həm də ananın bir-birinə olan bağlılığı, sevgisi onlara qalib gəlir
Qeyd edək ki, bu üslubda tamaşa Naxçıvan teatrında ilk dəfə idi hazırlanırdı.
Tamaşanın quruluşçu rejissoru və sseanaristi Həcərxanım Məmmədovadır.
Tamaşada rolları Saynur Babayev, Səkinə Məmmədova, Anar Eyvazov, Cəbrayıl Səfərli, Nurgül Məmmədova, Aysu Babayeva və səhnə əsərinin ən balaca aktyoru 4 yaşlı Hüseyn Məmmədov canlandırırlar.
Tamaşanın sonunda əyləncəli və hədiyyəli oyunlar keçirilib, uşaqlar üçün şar şousu, pulsuz fotossesiya və faceart (üz boyama) təşkil olunub. Sehrbaz Elşən Nəcəfovun təqdimatında bir-birindən maraqlı sehrbazlıq nümunələri göstərilib.
Fidan
XQ