I Beynəlxalq TÜRKSOY Teatr Festivalı Azərbaycanda keçiriləcək

post-img

Noyabrın 1- də Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başlanır. 

Festival Azərbaycan xalqının Ümum­milli lideri Heydər Əliyevin 100 illik yubi­leyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRK­SOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək. 

Teatr bayramında TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Ka­sımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türk­mənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcəklər. 

Festivalda, həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xa­dimləri bir araya gələcək, qardaş ölkələr­də bu sahənin inkişaf məsələlərini müza­kirə edəcəklər. 

Beynəlxalq tədbir çərçivəsində Şu­şada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplan­tısının da keçirilməsi planlaşdırılır.

Q.RAMİLƏ
XQ

Mədəniyyət