"El bilir ki, sən mənimsən"

post-img

27 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın və Bakı Xoroeqrafiya Akademiyasının birgə layihəsi olan "El bilir ki, sən mənimsən" adlı tədbir keçiriləcək.

Tədbirin rejissoru Əməkdar artist Nicat Kazımovdur. Gecədə teatrın aktyorları Xalq şairi Səməd Vurğunun "Azərbaycan" poemasından, eləcə də Heydər Əliyevə həsr olunmuş şeirlərdən səsləndirəcəklər. Bundan əlavə, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri müxtəlif səpkili rəqslər təqdim edəcəklər.

Qeyd edək ki, musiqili kompozisiyada teatrın 55 aktyoru, Bakı Xoreqrafiya məktəbinin isə 80-ə yaxın tələbəsi iştirak edəcək.

Mədəniyyət