Qəbələdə Milli Musiqi Günü münasibətilə konsert təşkil olunub

post-img

18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Qəbələ regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Qəbələ Rayon Uşaq İncəsənət Məktəbinin və rayon Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə konsert təşkil olunub.

Bu barədə XQ-yə Qəbələ regional “ASAN xidmət” mərkəzindən məlumat verilib.

Tədbirdə Milli Musiqi Gününün Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğu qeyd olunub, görkəmli bəstəkarın Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərindən bəhs edilib.

Daha sonra könüllülərin ifasında milli rəqslər ifa olunub, eyni zamanda, Üzeyir Hacıbəylinin və digər bəstəkarların əsərlərindən ibarət klassik Azərbaycan musiqiləri səsləndirilib.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.







Mədəniyyət