Türk Dünyası Biznes Forumunda Türkdilli ölkələrin qadın sahibkarları bir araya gəlib

post-img

Türkiyənin İstanbul şəhərində Türk Dünyası Biznes Forumunda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyat və ticarət nazirlərinin görüşü keçirilib.

AQSİA-dan bildirilib ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ticarət və Sənaye Palataları Birliyinin üzvləri, Türk dünyasının iş adamları və bir qrup sahibkar qadın iştirak edib.

Tədbirdə AQSİA-nın əməkdaşlıq etdiyi Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən 14 ilə yaxın müddətdə Türkdilli dövlətlərin sahibkarları arasında birgə əməkdaşlığın yaranması istiqamətində əvəzsiz işlər görüldüyü vurğulanıb.

Qeyd olunub ki, 2021-ci ildən etibarən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva Türkdilli ölkələrin qadın sahibkarlarını bir araya gətirmək məqsədilə Türkdilli dövlətlərin Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin rəhbəri seçilib və hazırda da həmin vəzifəyə rəhbərlik edir.

Forum çərçivəsində AQSİA İdarə heyəti sədri S.Babayeva bir çox türkdilli dövlətin biznes nümayəndəsi ilə B2B görüşlərə və türkdilli dövlətlərin qadın sahibkarlarının birgə inkişafı mövzusunda bir sıra müzakirələrə qatılıb.

İqtisadiyyat