Şəki rayonunda "Fotoqraflar düşərgəsi" keçirilir

post-img

“Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) birgə təşkilatçılığı ilə 8-11 sentyabr tarixlərində Şəki rayonunda "Fotoqraflar düşərgəsi" keçirilir.

Azərbaycanın rayonlarını təmsil edən gənc fotoqrafların iştirakı ilə təşkil olunan düşərgənin məqsədi regionlarda peşəkar fotoqrafların formalaşmasına dəstək vermək, gələcək layihə və tədbirlərdə onlarla səmərəli əməkdaşlığın qurulmasına zəmin yaratmaqdır.

Düşərgə günlərində iştirakçılara AFB təlimçiləri tərəfindən fotoqrafiya haqqında nəzəri biliklər verilməsi ilə yanaşı praktiki məşğələlər keçirilir.  Təlimlər vaxtı iştirakçılar Şəki və Qax rayonlarının arxetukturası, yerli sakinlərin gündəlik həyatı və təbiəti ilə yaxından tanış olurlar. Təlim mövzularına uyğun çəkilən  fotoların müzakirələri  Şəki rayonu Heydər Əliyev mərkəzində aparılır. 

Fotoqrafiya tarixi və əsasları haqqında Mirnaib Həsənoğlunun təlimində iştirakçılara 162 il tarixi olan Azərbaycan fotoqrafıyası haqqında məlumat verildi. Fotoqrafiya sənətində son 25 ildə AFB tərəfindən görülən işlər maraqla qarşılandı.
Aydın Mehdiyev isə peyzaj janrı haqqında təlimində dünya fotoqrafiya nümunələrindən danışaraq, nümayiş etdirdiyi fotolar iştirakçılar arasında maraqağa səbəb oldu.

Fotoqrafiya sənətinin gözü olan obyektivlər haqqinda təlimi isə Ayxan Əhmədov apardı. Nümayiş etdirdiyi təqdimatda obyektivlərin qurluşundan iş prinsipindən danışaraq iştirakçılar tərəfindən yaranmış sualları cavablandırdı.

Rəsmi tədbirlərdə fotoçəklişlər aparılmasında böyük təçürbəsi olan Vüqar İbadov isə işin əsas prinsiplərini açıqlamaqla yanaşı rastlaşdıqı maraqlı anlardan danışdı. Foto reportaj janrının özəliklərindən danışaraq bu janrın özəliyi iştirakçıların marağına səbəb oldu.

Təlimin praktiki hissəsində peyzaj,portret, küçə fotoqrafiyası, animal, reportaj, arxitektura, makro kimi janrlardan çəkilişlər aparıldı.

Düşərgənin gündəlik həyatında ən əsas məqsədlərindən biri isə fotoqraflar arasında ünsüyyət qurulması və dostluq əlaqəsinin yaranması məqsədi ilə istirahət saatlarında musiqi və rəqs saatları isə düşərgə həyatına xüsusi rəng qatır.

Düşərgənin yaradıçılıq həyatı və növbəti təlimlərinə hazırlıq işləri davam edir.











Mədəniyyət