Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

post-img

AMEA, Beynəlxalq Türk Akademiyası və Türkiyə Dil Qurumunun rəhbərləri Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda olublar.  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbbibəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və Türkiyə Dil Qurumunun prezidenti, professor Osman Mert Türkiyənin paytaxtı Ankara şəhərində Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenlə görüşüblər.

Görüş zamanı adıçəkilən müəssisələrin rəhbərləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub. 

Bundan başqa, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlər müzakirə edilib, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi nəşrlərin mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"Xalq qəzeti"

 

Mədəniyyət