Muzeyə Mərkəzi Bank tərəfindən dəyərli pul nişanları hədiyyə edilib

post-img

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mütəmadi olaraq ölkəmizin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır. Tədavülə buraxılan bu nişanlar hər zaman ölkə ictimaiyyəti, yerli və xarici tədqiqatçılar tərəfindən maraqla qarşılanıb. Yeni nəsil yubiley və xatirə pul nişanlarının muzeyin yeni qurulacaq ekspozisiyasında sərgilənməsi məqsədilə 8 iyun 2023-cü il tarixində Mərkəzi Bank və Milli Azərbaycan Tarixi Muzeyi arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən dövlət əhəmiyyəti olan pul nişanları muzeyə hədiyyə edilmişdir. Təqdim olunan dəyərli materiallar arasında əsasən kağız, metal, yubiley, xatirə və investisiya məqsədli pul nişanları yer alır.

Qeyd edək ki, yeni qurulan ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

"Xalq qəzeti"







Mədəniyyət