“Bir səfirin manifesti” gürcü dilində

post-img

Dünən Gürcüstan Milli Elmlər Akademiyasında Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub.

Akademiyanın prezidenti, akademik Qiorqi Kvesitadze səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa et­dikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamə­tində mühüm işlər gördüyünü vurğu­layıb. O deyib ki, bu kitab oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından çox önəmlidir.

Professor Hafiz Paşayev çıxış edərək “Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini və düşüncələrini qələmə aldı­ğını bildirib. 

Akademiyanın vitse-prezidenti Roin Metreveli, Gürcüstan təhsil və elm na­zirinin müavini Nodar Papukaşvil, digər çıxış edənlər də “Bir səfirin manifesti” kitabının əhəmiyyətindən danışıblar.



Mədəniyyət