Azərbaycanlı prodüser Avropa Kino Akademiyasının üzvü olub

post-img

Azərbaycan Prodüser Gildiyası idarə heyətinin üzvü, rejissor, prodüser Mariya İbrahimova Avropa Film Akademiyasının üzvü seçilib.

“Cinex" kino şirkətinin rəhbəri olan Mariya İbrahimova beynəlxalq arenada uğur qazanan bir sıra kino layihələrə imza atıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Prodüser Gildiyası kino istehsalında və kino xidmətləri sahəsində ixtisaslaşan prodüserləri cəmləşdirir.

Avropa Film Akademiyası (European Film Academy) 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.



Mədəniyyət