Türkcənin dövlət dili elan edilməsindən 746 il keçir

post-img

Bu gün Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Məhəmməd bəy Qaramanoğlunun Türk dili ilə bağlı verdiyi mötəbər fərmandan 746 il keçir.  13 may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə Türk xalqları tarixində dil islahatı edən ilk türk hökmdar kimi tarixə düşən Məhəmməd bəy tarixi şəraitə uyğun ən doğru qərar verən hökmdar kimi bu gün də xatırlanır.  Fərmanda eynən belə yazılır : "Şimden gerü hiç kimesne kapuda ve divanda ve mecalis ve seyranda Türki dilinden gayrı dil söylemeyeler" - "Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışmasın". 

Qeyd edək ki, bu fərmanla Türk dili yenidən ədəbi həyat qazandı və Yaxın və Orta Şərq dövlətlərində üstünlük verilən ərəb və fars dili qarşısında  mövqeyini xeyli möhkəmləndirdi.

Anar Əli,

"Xalq qəzeti"

 

Mədəniyyət