Müasir həyatda kosmos anlayışı. Sərgi

post-img

Ankarada müasir həyatda kosmos anlayışı və onun çağırışlarından bəhs edən qeyri-adi rəsm sərgisi açılıb.

“Kafamın içine hoş geldiniz” adlı sərgi Platforma A qalereyasında keçirilir.

 Səs-küylü şəhərin möhtəşəm mənzərəsini kətan üzərində təsvir edən rəssam ziyarətçilər üçün interaktiv fəaliyyətlər də hazırlayıb. 

Gənc rəssam Cansu Dinç  kosmosa olan sevgisini memarlıq sənəti ilə əlaqələndirir.   Kosmos təkcə dörd divar demək deyil, özümüzdən başlayır və dünyaya yayılır deyən Dinç başındakı səslərlə yaratdığı əsərləri sərgi iştirakçılarına göstərməyə çalışdığını və çevrəni kainata doğru genişləndirdiyini ifadə edib. 

Sərgi iyunun 3-nə qədər davam edəcək.

Fidan HÜQUQQIZI,

 “Xalq qəzeti”





Mədəniyyət