İçərişəhərdə "Bayram Qalası" adlı Novruz tədbirləri təşkil olunacaq.
Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən tədbir, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə təşkil olunur.
Bayram günlərində baş tutacaq tədbirlərə ilk olaraq 19.03.2023-cü il tarixində saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. "Bayram qalası” günləri martın 26-na qədər saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano art, keramika kimi sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək. Həmçinin bu məhsullardan ibarət yarmarkalar təşkil olunacaq.
Qeyd edək ki, tədbirlərdə eləcə də, milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Fidan HÜQUQQIZI,
"Xalq qəzeti"