ABŞ-da varlılar üçün nüvə bunkerləri inşa edəcəklər -VİDEO

post-img

“The Daily Mail” xəbər verir ki, nüvə müharibəsi zamanı dünyanın ən zəngin 625 adamını qorumaq üçün Virciniya ştatının Vaşinqton şəhəri yaxınlığında yeraltı bunker tikiləcək.

Bunkerin dəyəri 300 milyon dollar təşkil edəcək. Nəşrin məlumatına görə, burada üzgüçülük hovuzları, boulinq meydançası, qayayadırmanma divarı, süni intellektə əsaslanan sağlamlığın qorunması sistemləri yer alacaq. 

Qəzet qeyd edir ki, bunkerin divarlarının partlayışa davamlı olması, içərisinə silahlı mühafizəçilər və müasir hərəkət sensorları yerləşdiriləcək ki, bu da “istənilən xarici təhlükələrə qarşı durmağa və sakinlərin rahatlığını təmin etməyə” imkan verəcək.

The Daily Mail yazır ki, SAFE (Strategically Armored & Fortified Environments) şirkəti dünyanın ən zəngin insanları üçün “qiyamət günü bunkeri”nin tikintisi planlarını açıqlayıb, layihə 2026-cı ildə hazırlanacaq. Qəzetin qeyd etdiyi kimi, məsələn, realiti-şou ulduzu Kim Kardaşyan və media maqnatı Mark Zukerberq bu cür layihələrə maraq göstəriblər.

"Bu, təkcə sağ qalmaq deyil, həm də üslubda inkişaf etməkdir", - SAFE-in nümayəndəsi deyib. Şirkət bu konsepsiyanı ABŞ-ın digər ştatlarında da genişləndirməyi planlaşdırır.

Müştərilərə bunkerdə dörd kateqoriyalı imtiyazlar təklif olunacaq. Nəşrin qeyd edir ki, hətta “başlanğıc səviyyə” də uğurlu idarəçilər üçün nəzərdə tutulub və “sığınacaqda üzvlük” yalnız dəvətlə mümkün olacaq.

2022-ci ildə Rusiyada şəxsi bunkerlərə tələbat bir neçə dəfə artıb. BunkerHouse layihəsinin təsisçisi Nikita Malejikin sözlərinə görə, belə layihələrin həyata keçirilməsi iki-üç ay çəkir.

S.ELAY

XQ




















@xalqqazeti ABŞ-da varlılar üçün nüvə bunkerləri inşa edəcəklər #keşfet #xeberler #Tiktok #USA #bunker ♬ оригинальный звук - xalqqazeti

Maraqlı