Kolumbiya Antropologiya və Tarix İnstitutunun (ICANH) alimləri 1708-ci ildə Karib dənizində batmış İspaniyanın “San Xose” qalleonunun (böyük çox göyərtəli yelkənli gəmi) qalıqlarını yenidən tədqiq ediblər. Dənizin dibinə enən robot dağıntılar arasında yeni qızıl əşyalar, şüşə və keramika qablar, çuqun toplar və qalyon lövbəri aşkar olunub.
"San Xose" - üç dirəkli qalleon, İspan donanmasının flaqmanı - 1696-cı ildə suya buraxılıb və 8 iyun 1708-ci ildə Kolumbiyanın Kartagena sahillərində İngilis donanması ilə döyüşdə batıb. 600 ekipaj üzvündən yalnız 11-i sağ qalıb. Gəmi ilə birlikdə Yeni Dünyadan İspan kralına çatdırılması nəzərdə tutulan yüzlərlə ton xəzinə də batıb. Uzun illərdir ki, xəzinə ovçuları "San Xose" gəmisinin xəzinələrini əldə etməyə can atırlar.
Kolumbiya ilk dəfə 2015-ci ildə "San Xose"nin tapıldığını bildirib. Lakin qalıqların dəqiq yeri açıqlanmır. Alimlər daha əvvəl sualtı dronların köməyi ilə gəminin qalıqlarını tədqiq ediblər. Yalnız 2022-ci ildə onlar artefaktların vəziyyətini və miqdarını qiymətləndirmək üçün dörd dəfə qəza yerinə eniblər. Bu ilin yazında Kolumbiya hökuməti dənizin dibindən artefaktların qaldırılması üçün ekspedisiyaya hazırlıqların başladığını elan edib və iyun ekspedisiyasında artıq yeni tapıntılar aşkar olunub.
S.ELAY
XQ