Dünyanın ən yaşlı adamı vəfat edib

post-img

Venesuela sakini, dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora 115 yaşında vəfat edib. Bu barədə “El Nacional” qəzeti məlumat yayıb.

Perez Mora 27 may 1909-cu ildə Venesuelanın El Kobre şəhərində on uşağın doqquzuncusu olaraq dünyaya gəlib. Özünün 11 övladı var.

Qəzetin yazdığına görə, Peres Mora San Xose de Bolivarda fermada yaşayırmış. Nəşr qeyd edib ki, yaşlı adam tənəffüs yollarının ağırlaşması səbəbindən dünyasını dəyişib. O, 115 illik yubileyinə az qalmış dünyasını dəyişib.

2022-ci ilin fevral ayının əvvəlində Mora dünyanın ən yaşlı adamı kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. O, o zaman 112 yaş 253 günlük idi və 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlamışdı. Perez Mora uzunömürlülüyünü daimi iş, düzgün istirahət, erkən yuxu və gündəlik bir stəkan brendi ilə əlaqələndirib. Qəzet qeyd edib ki, yüz yaşlı adam yaxşı yeyib, dua edib, su içib və tez yatıb.

Mərhumun ölüm xəbərini ölkə prezidenti Nikolas Maduro da şərh edib. O, mərhumun ailəsinə və Moranın doğulduğu El Kobre şəhərinin sakinlərinə başsağlığı verib.

S.ELAY

XQ

Maraqlı