Nənə ayını niyə döydü?

post-img

Bu hadisə avqustun 24-nə keçən gecə Çukotka Muxtar Dairəsinin Bilibino şəhərində baş verib. Gecə saatlarında yekəpər ayı 71 yaşlı pensiyaçının evinə girib. 

Yaşlı qadın səs-küy və uğultu səslərinə oyanıb. Qarşısında yırtıcı heyvanı görən nənə özünü itirməyib. O, masanın üstündə olan qəzeti büküb və heyvanı onunla döyüb. 

Ayı qorxusundan qaçıb. (Bəziləri iddia edirlər ki, ayı burada “centlemenlik” edib və qarıya rəhmi gəlib). Bundan sonra nənə polisə müraciət edib. Müraciətlə əlaqədar gələn aidiyyati qurum əməkdaşları həyətdə ayının izlərini tapsalar da, onu tuta bilməyiblər. Axtarışlar davam edir. 

“Xalq qəzeti”

Maraqlı