ŞKTC-nin Baş naziri YAP Mərkəzi Aparatında

post-img

Aprelin 1-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstelin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə xalqlarımız arasında əlaqələrin tarixi ənənələrə, ortaq dəyərlərə və dostluq prinsiplərinə əsaslandığı qeyd olunub, son illərdə iki ölkə arasında sıx təmasların və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qəbul olunmasında Prezident İlham Əliyevin rolunun Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib.

Söhbət zamanı Türk dövlətlərinin hakim siyasi partiyaları arasında münasibətlərin genişləndirilməsinin də diqqət mərkəzində olduğu qeyd edilərək YAP-UBP əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

XQ

Son xəbərlər