Fevralın 4-də Milli Məclisin İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin İrlandiya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn görüşü olub.
İrlandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Erkin Qədirli qanunverici orqanlar arasında münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolundan bəhs edib.
İrlandiya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni Makkormak İrlandiya ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə inamını bildirib.
Görüşdə digər çıxış edənlər də parlamentlərarası əlaqələrin perspektivləri, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini açıqlayıblar.
XQ

