Baş prokurorun Şirvanda vətəndaş qəbulu

post-img

Yanvarın 16-da Baş prokuror Kamran Əliyev Şirvan Şəhər Prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 28 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

XQ

Son xəbərlər