Moskvada Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir

post-img

Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 39-cu iclası keçirilmişdir. İclasda MDB-yə üzv dövlətlərin feldyeger rabitəsi xidmətlərinin nümayəndə heyətləri iştirak etmişdir. Azərbaycan Respublikasını iclasda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təmsil etmişdir.

Dövlət xidmətindən XQ-ə verilən məlumata görə, iclas çərçivəsində Koordinasiya Şurasına üzv dövlətlərin rəhbərləri, hökumətləri və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların operativ və təhlükəsiz şəkildə çatdırılmasının təmin olunması ilə bağlı məsələlər müzakirə edilmişdir.

İclasın yekunlarına dair müvafiq protokol imzalanmışdır.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə Bakı şəhərində keçirilmişdir.

XQ

 





Son xəbərlər