Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.
Görüşdə T.Musayev ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb. Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən nazir bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb.
Birol Akgün isə vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Səfir xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu diqqətə çatdırıb.
XQ

