Dünya şöhrətli soydaşımız Lütfi Zadənin uzun illər çalışdığı Berkli Kaliforniya Universitetində Azərbaycanın yaxın dostu, “Sülhün kökləri” təşkilatının rəhbəri xanım Haydi Kühnün təşəbbüsü ilə münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə “Kühn Təşəbbüsü Sülh Mərkəzi” yaradılıb.
Məqsəd müharibədən çıxmış ölkələrdə kənd təsərrüfatı və iqtisadiyyatı inkişaf etdirməkdən ibarətdir. Kühn Təşəbbüsü kənd təsərrüfatı sahəsində elmi, təbii resursların idarə olunması, münaqişə araşdırmaları və beynəlxalq inkişaf üzrə mütəxəssisləri bir araya gətirməkdir.
Qeyd edək ki, mərkəzin açılış mərasimində dünyanın nüfuzlu alimləri, müvafiq sahə üzrə ekspert-mütəxəssisləri arasında həmyerlimiz - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da yer alıb. O, yeni yaradılan qurumun xarici müşavirlər şurasına üzv seçilib.
XQ