“Boşluğa xütbə” filminin Venesiya təqdimatı

post-img

82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” filminin təqdimatı olub.

Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalı avqustun 27-də başlayıb və bu gün başa çatır.

XQ

Son xəbərlər