Azərbaycan jurnalistləri NATO qərargahında

post-img

Avqustun 27-də Azərbaycan Respublikasının mətbuat nümayəndələrindən ibarət heyət NATO-nun mənzil-qərargahında olub.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə təsadüf edən builki səfər çərçivəsində heyət NATO-nun müxtəlif strukturlarının təşkil etdiyi alyansın cari gündəliyi, ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzularda brifinqlərə qatılıb.

Nümayəndə heyəti Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini də ziyarət edib.

XQ

Son xəbərlər