AMEA-da QİƏT parlamenti baş katibi ilə görüş

post-img

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyevlə görüşüb.

Akademik İsa Həbibbəyli AMEA-nın 80 illiyi çərçivəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verərək bildirib ki, dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli sərəncamından irəli gələrək həm ölkəmizdə, həm də Türk dünyasının elmlər akademiyaları və akademik elmi təşkilatlarında yubiley təntənəli şəkildə qeyd olunur. Bu tədbirlər çərçivəsində iyun ayında İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının keçirdiyi, Təşkilata üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin 2-ci toplantısında yubileyin yüksək səviyyədə qeyd olunduğu vurğulanıb. Həmçinin, noyabr ayına planlaşdırılan 80 illik təntənəli yubiley tədbiri, eləcə də 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri barədə danışılıb.

QDİƏT Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev qeyd edib ki, Milli Elmlər Akademiyası mövcud olduğu dövrdə ölkəmizin elmi, ictimai, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb, Azərbaycan alimləri öz kəşfləri, tədqiqatları ilə dünya şöhrəti qazanıblar. Dövlət başçısının yubileylə bağlı sərəncamının AMEA-nın şərəfli tarixinə, Azərbaycan elminə, aliminə və ziyalısına verilən dəyərin ifadəsi olduğunu deyən akademik Asəf Hacıyev bu çərçivədə keçirilən tədbirləri yüksək dəyərləndirib.

Görüşdə, həmçinin bir sıra məsələlərlə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb, xatirə şəkilləri çəkdirilib.

XQ

Son xəbərlər