Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb

post-img

AZƏRTAC-ın tarixinin yarısı qədər mənim bu agentliklə uzunmüddətli əlaqələrim var. Biz tarixi bilməli, ondan nəticə çıxarmalı və faydalanmalıyıq. AZƏRTAC kimi tarixi olan bir xəbər agentliyinin keçmişindən danışmaq olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində Laçında keçirilən “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev AZƏRTAC-a hər zaman yüksək dəyər verib, onun fəaliyyətini daim diqqətdə saxlayıb. Ulu Öndərin hakimiyyəti dövründə ölkə ilə bağlı ən vacib xəbərlər məhz AZƏRTAC vasitəsilə cəmiyyətə çatdırılıb. Heydər Əliyev bu agentliyə hər zaman xüsusi diqqət göstərib.

“Bu ənənə Prezident İlham Əliyev tərəfindən hələ də davam etdirilir. Prezident İlham Əliyev AZƏRTAC-ın fəaliyyətinə yüksək dəyər verir. 105 illik yubiley – bu, sadəcə, bir rəqəm deyil, həm də zəngin peşəkar təcrübənin, sadiqliyin və milli medianın inkişaf tarixinin göstəricisidir. Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb.

İnanıram ki, bu zəngin irs və peşəkarlıq ənənəsi gələcək nəsillərə ötürüləcək. Çünki belə tarixi xəbər agentlikləri peşəkar media mütəxəssislərinin formalaşmasında mühüm rol oynayır və informasiya sahəsinə əvəzsiz töhfə verir”, - deyə Mixail Qusman əlavə edib.

Son xəbərlər