MSK-nın iclası

post-img

İyunun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə Komissiyanın mayın 30-da keçirilən iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ, 65 saylı Salyan-Biləsuvar-Saatlı, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 118 saylı Ağdam-Xocalı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verilib.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Son xəbərlər