Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Qərbi Azərbaycana qayıdış ruhumuzda- Mahirə Nağıqızı ilə görüş” keçirilib.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, filologiya elmləri doktoru,professor Mahirə Hüseynova (Nağıqızı) iştirak edib.
Əvvəlcə qonaqlar kollecin kitabxanasında Qərbi Azərbaycana dair sərgi ilə tanış olub və “Qayıdışın səsləri: Qərbi Azərbaycanımız” adlı kitab müzakirəsində iştirak edib.
Daha sonra isə tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlə əlaqədar olaraq Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov, professor Mahirə Hüseynova(Nağıqızı) Qərbi Azərbaycanla əlaqədar çıxış ediblər.
Tədbirdə kollecin kursantları şairənin şeirlərini səsləndirib və Qərbi Azərbaycanla əlaqədar videoçarx nümayiş olunub.
Sonda isə xatirə şəkli çəkilib.