Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal 380-400 MVt elektrik enerjisi ötürüb.
Qeyd edək ki, aprelin 19-da “Kavkasioni” elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik şəbəkəsində enerjisinin kəsilməsi baş verib. Tbilisidə və bir sıra digər bölgələr tamamilə elektriksiz qalıb. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.
Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa olunub.
XQ