Qaxda Qərbi Azərbaycana Qayıdış hərəkatına dəstək

post-img

Qərbi Azərbaycan İcması və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünən Qax şəhərində “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Məclisdə son 2 əsrdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşməsi, soydaşlarımızın insan hüquqlarının kütləvi şəkildə pozulması, onların Qərbi Azərbaycana qayıdışının hüquqi-təşkilati məsələləri diqqət mərkəzində olub.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə Qərbi azərbaycanlıların XX əsr boyu davamlı olaraq deportasiya edildiklərini, bu ağrılı proses zamanı onlara qarşı törədilmiş vəhşilik və vandallığın bəşəri cinayət olduğunu söyləyib. Sədr İcmanın geri qayıdışı ilə bağlı ölkədə və beynəlxalq aləmdə aparılan işlər barədə məlumat verib.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov, parlamentin üzvləri Əli Məsimli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı, Qaya Məmmədov Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü Mahirə Hüseynova, İcmanın Qadınlar Şurası sədrinin müavini Telli Əliyeva, İcmanın Qax nümayəndəsi Həsən Tarverdiyev Qərbi Azərbaycana qayıdış hərəkatına regionlarda dəstək qazandıqılmasının önəmindən, onların dədə-baba yurdlarına dönməsinin beynəlxalq hüququn və bəşəri normaların tələbi olduğunu bildirilib.

XQ



Son xəbərlər