Oğurluq və dələduzluq edənlər saxlanılıb

post-img

Qaradağ rayonunda bir nəfərin itirdiyi bank kartından 170 manat dəyərində alış-veriş edilib.

Vətəndaşın şikayəti əsasında Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 27 yaşlı M.İsmayılov və 26 yaşlı S.Əhmədov saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərin 1020 manatını dələduzluq yolu ilə ələ keçirən 30 yaşlı E.Məmmədov da saxlanılıb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər