Mərkəzi Seçki Komissiyasında

post-img

Məzahir Pənahovun sədrliyi ilə martın 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə Komissiyanın fevralın 12-də və fevralın 14-də keçirilən iclaslarının protokolları təsdiq edilib.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci və 79 saylı Astara seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə qərar verilib.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

XQ

Son xəbərlər