Samir Şərifov İspaniyanın ticarət üzrə dövlət katibi ilə görüşüb

post-img

Baş nazirin müavini Samir Şərifov martın 11-də İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.

Görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan–İspaniya biznes forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez arasında keçirilmiş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

 

Son xəbərlər