Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi ilə görüşüb.
Çiprian Vasile Oliniçi iki tərəfli səfərlərin ölkələrimiz arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirərək, ölkəmizin bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin zəruriliyini bildirib.
Azərbaycandakı dövlət-din münasibətləri və multikultural mühit, dinə dövlət qayğısı barədə məlumat verən Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi və tolerant dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verildiyini, müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərildiyini bildirib.
XQ