Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsini anılıb

post-img

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət edib.

XRİTDX-dən XQ-ə verilən məlumata görə, qurumun əməkdaşları burada təqdim olunmuş xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.

Daha sonra ziyarətçilərə “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Bununla yanaşı XRİTDX-nın inzibati binasında da Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.



















Son xəbərlər