Qərbi Azərbaycan İcması Naxçıvanda da aktivləşir

post-img

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların bir qrup nümayəndəsi ilə görüşüb

Görüşdə muxtar respublikada Qərbi Azərbaycan əsilli soydaşlarımızla Muxtar Respublika Nümayəndəliyinin işinin gücləndirilməsi, onların xatirələri əsasında memuarların yazılması, folklorunun öyrənilməsi, televiziyada və mətbuatda yazıların və çıxışların hazırlanmasının vacibliyi qeyd edilib. Rektor qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərini müntəzəm təbliğ etmək məqsədilə Universitet Televiziyasında Qərbi Azərbaycan studiyası və universitetdə Qərbi Azərbaycan Mərkəzi yaradılacaq.

 

Son xəbərlər