Əbu-Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
XQ