Naxçıvanda hərbi sursat aşkar edilib

post-img

Polis əməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkar edilib.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatlarının 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

XQ

Son xəbərlər