15 saylı Yasamal birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsində bələdiyyə seçkilərində fəallıq müşahidə edilib.
Bununla bağlı "XQ"yə məntəqənin sədri Sayalı Həsənova məlumat verib.
Sədr bildirib ki, seçici fəallığını artırmaq üçün öncədən sakinlərlə maarifləndirici söhbətlər aparıb: "Vətəndaşlarımızın diqqətinə çatdırırdıq ki, seçkilərdə iştirak edərək layiq bildikləri namizədləri dəyərləndirsinlər. Proses şəffaflıqla başa çatdı. Seçicilərimiz arasında hətta sağlamlıq imkanları məhdud olanlar da var idi. Onlar arasında 18 yaşı tamam olmuş və seçkidə ilk dəfə iştirak edən xanım seçicimiz də var idi".
Rizvan FİKRƏTOĞLU
XQ