Türkiyədə çökən binada aparılan axtarış-xilasetmə işləri başa çatıb

post-img

Türkiyənin Konya şəhərində çökən yaşayış binasında aparılan axtarış-xilasetmə işləri başa çatıb. Binanın dağıntıları altından iki nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, binada ümumilikdə 79 nəfər yaşayıb. Hadisə baş verdikdən dərhal sonra dağıntılar altından iki nəfər sağ çıxarılıb, ardınca daha üç nəfər xilas edilib. Dağıntılar altından yeni evli gənc cütlüyün cəsədi tapılıb.

Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Xatırladaq ki, yanvarın 24-ü yerli vaxtla saat 20:05-də Türkiyənin Konya şəhərində dördmərtəbəli yaşayış binası çöküb.

Son xəbərlər