Nizami rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

post-img

Paytaxtın Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinini məlumatına görə, 
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 36 yaşlı Rahib Orcayev müəyyən olunaraq saxlanılıb.

Onun üzərinə baxış zamanı psixotrop maddə metamfetamin də aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər