Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Dekabrın 14-də və 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOV
XQ