Hazırda Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yağıntılı hava şəraiti dekabrın 4-ü səhərədək davam edəcək. Abşeron yarımadasının bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı gözlənilir.