Nazirlər Kabinetində görüşlər

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Zuhair Əlharti ilə görüşüb.

Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini liderlərin qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi bildirilib.

Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.

Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov həmin gün Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə də görüşüb.

Görüşdə COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlər keçirilir. Multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğu bildirilərək fərqli etnik dəyərlərə, mədəniyyətlərə və dinlərə malik xalqların əsrlər boyu ölkəmizdə davam edən mehriban birgəyaşayışının bunu təsdiq etdiyi vurğulanıb. Müasir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyi diqqətə çatdırılıb.

2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması bütün İslam dünyası tərəfindən Azərbaycana göstərilən böyük dəstəyin təzahürü kimi qiymətləndirilib.

Müsəlman Ağsaqqalları Şurasının Azərbaycanın İslam həmrəyliyinə verdiyi mühüm töhfələri, həmçinin ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində səylərini yüksək qiymətləndirdiyi bildirilib.

XQ



Son xəbərlər