TİKA nümayəndəsi Bolnisidə

post-img

“Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi” Tbilisi nümayəndəliyinin yeni rəhbəri Zeynəb Bayraq Bolnisi rayonunda “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə olub.

Mərkəzin icraçı direktoru Rezo Həsənov qonağa keçirdikləri tədbirlər, ödənişsiz dil kursları, hüquq xidmətləri və digər fəaliyyətlər haqqında məlumat verərək bildirib ki, 2021-ci ildən qurum Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstan cəmiyyətinə inteqrasiya istiqamətində işlərini uğurla davam etdirir.

Zeynəb Bayraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mərkəzə dəstəyini alqışlayıb, gələcəkdə QHİM və TİKA arasında əməkdaşlıq lüzumu haqqında söhbət açıb.

Sonda “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbərliyi Zeynəb Bayrağa yeni vəzifəsində müvəffəqiyyət arzulayıb.

P.ƏMİRCANOV
XQ

Son xəbərlər