Azərbaycan Dövlət İqtisad Universiteti elmi uğurlarını ildən-ilə artıraraq, tədqiqat sahəsində də mövqeyini gücləndirir. Son illərdə yüksək keyfiyyətli beynəlxalq bazalarda tədqiqatçıların məqalələrinin sürətli artımı bunun bariz nümunəsidir.
Belə ki, bu ali məktəbdin “Web of Science”də çap olunan məqalələrinin sayı cari ilin ötən dövründə 2015-ci illə müqayisədə 226 dəfə, həmin məqalələrə edilən istinadların sayı isə 360 dəfə artıb. Bununla yanaşı, ən yüksək keyfiyyətli Q1-də çap olunmuş məqalələrin sayında isə son yeddi ildə 63 dəfə artım qeydə alınıb.
“Clarivate” şirkətinin nümayəndəsi Valentin Bogorov ADİU-nun bu uğurunu xüsusi vurğulayaraq, bu sahədə dünyada lider olduğunu bildirib.
XQ