“Qarabağda ekoloji vəziyyət”

post-img

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə COP-29-a dair maarifləndirmə xarakterli silsilə tədbirləri davam edir.

Əvvəlcə “Qarabağda ekoloji vəziyyət” layihəsinin icrasının davamı kimi Naftalan şəhər məktəbi şagirdlərinin iştirakı ilə fləşmob, şəkil müsabiqəsi və ekoloji səyahət təşkil edilib.

Növbəti gün “Təbii mühiti qoruyaq” devizi altında şəhərətrafi əraziyə ekotur təşkil edilib. Şagirdlərə rezin əlcək və tullantılar üçün torbalar paylanıb, ərazi ətrafdakı tullantılardan təmizlənib. Təlimçilərin köməyilə məktəblilər tökülmüş yarpaqlardan herbari və ikebana düzəldiblər.

Tədbirin sonuncu günündə “Yaşıl dünya naminə həmrəylik ili” və “Qarabağın ekoloji problemləri” mövzusunda şəkil müsabiqəsi və şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib.

XQ

Son xəbərlər