Hüquqşünasların hazırlanması sahəsində Rusiyanın aparıcı təhsil müəssisələrindən hesab edilən və Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələblərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Rusiyalı həmkarlarını qəbul edən baş prokuror Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın önəmindən danışıb.
Görüş zamanı qonaqlarla hüquqşünas kadrlarının hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.
Görüşdən sonra nümayəndə heyəti Baş Prokurorluğun tarix muzeyində olub.
Qonaqlar ölkəmizin prokurorluq orqanlarının fəaliyyəti ilə də ətraflı tanış olublar.
XQ